Xəzər Xəbər

Şuşa və Xankəndinə gedən əsas yollar nəzarətimizə keçdi

Cəmiyyət | 10:26 • 21 Oktyabr 2020
Şuşa və Xankəndinə gedən əsas yollar nəzarətimizə keçdi

Azərbaycan ordusu bu gün düşmən işğalından azad olunan Zəngilan şəhərinə Azərbaycan bayrağı sancıb. Həmçinin, Zəngilanla yanaşı 24 kənd, xüsusilə strateji əhəmiyyətə malik Xocavənd rayonunun Çinarlı (Vəng) kəndi də işğaldan azad edilib.


Hərbi ekspert Əbuzər Əbilov azad edilən ərazilərin strateji əhəmiyyətindən danışıb. O, Zəngilanın iki mühim əhəmiyyətindən bəhs edib:


"Birincisi, Zəngilan rayonu Dağlıq Qarabağın üçküncündə yerləşir. Yəni, oradan artıq Azərbaycan-İran sərhəddi tamamilə bizim sərhəd qoşunlarının nəzarətinə keçir.


İkincisi, Zəngilandan Qubadlıya, Laçına gedən və Ermənistanla Dağlıq Qarabağı bağlayan iki yol bağlanır. Bundan əlavə, şəhərdən aşağıya tərəf, yəni, bir hissəsi Cəbrayıl tərəfdən, bir hissə də Zəngilan rayon tərəfdən Dağlıq Qarabağın ürəyinə - Xankəndinə, Şuşaya, Ağdarəyə yol açılır. Bununla da düşmənin bütün qoşunlarını məhv eləmək üçün ən böyük strateji ərazilər bizim nəzarətimizə keçir”.


Hərbi ekspert işğaldan azad olunduqdan sonra Çinarlı adı verilən Vəng kəndinin strateji əhəmiyyətindən də bəhs edib:


"Çinarlı kəndi birinci Qarabağ savaşında ən qanlı döyüşlərin getdiyi bir ərazi olub. Bu strateji yüksəklik həddindən artıq böyük bir əhəmiyyətə malikdir. Ermənilər Çinarlıda güclü istehkamlar qurmuşdu. Amma bu istehkamları Azərbaycan ordusu məhv elədi.


Strateji əhəmiyyətə malik Çinarlı kəndindən bütün Qarabağın ərazisinə - Xankəndi, Şuşa və Ağdərənin ərazisinə yolumuz açılıb. Bir sözlə, faktiki olaraq Azərbaycan ordusu Qarabağın ən vacib strateji yüksəkliklərinə nəzaərt edir”. Redaktor.az

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti