Xəzər Xəbər

Prezidentin təltif etdiyi Hikmət Mirzəyev kimdir? - DOSYE

Gündəm | 16:31 • 17 Oktyabr 2020
 Prezidentin təltif etdiyi Hikmət Mirzəyev kimdir?  -

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verib.


Xezerxeber.az qəhrəman generalımızla bağlı bəzi məlumatları təqdim edir:


Xüsusi Təyinatlı Qüvvələrin Komandanı, general-leytenant Hikmət İzzət oğlu Mirzəyev Biləsuvar rayonunda doğulub. 2016-cı ilin aprelində və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatının başçısıdır.


Hikmət Mirzəyev "Vətənə xidmətə görə", "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", 3 dəfə "Hərbi xidmətdə fərqlənməyə görə", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunub.

Xəbər lenti