Sumqayıtda köhnə yaşayış binaları söküləcək.
Bu barədə Trend-ə açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilib.
Məlumata görə, şəhər ərazisində sökülməsi nəzərdə tutulan binalar ötən əsrin 40-50-ci illərində tikilmiş, istismar müddəti başa çatmış yaşayış binalarıdır:
"Həmçinin şəhər ərazisində 200-ə yaxın yaşayış binasının dam örtüyü, fasadları təmir olunacaq, 600 binanın istilik sistemi bərpa ediləcək. Prosesə bu il start veriləcək".