Tovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır.
Xezerxeber.az-ın məlumatına görə, rayonun Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisi aparılır. Sözügedən layihənin yalnız Ağacqala-Yanıqlı hissəsinin yenidən qurulması qalıb ki, bu işlər də yekunlaşmaq üzrədir. 8 km uzunluğa malik bu hissədə indiyə kimi yol olmayıb və hazırda yeni yolun tikintisi aparılır.
Bir neçə istiqamət üzrə yenidən qurulan 52 km-lik yolun 15 km-lik Qovlar-Əyyublu-Alakol hissəsi 2016-cı ildə əsaslı şəkildə təmir edilərək istifadəyə verilib. Tikinti layihəsi çərçivəsində yolun 820 m-lik hissəsi yenidən qurulub. Sözügedən yolun qalan 37 km-lik hissəsinin isə IV və V texniki dərəcəyə uyğun yenidən qurulması planlaşıdirılır.
Layihədə nəzərdə tutulmuş yollara əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli asfalt-betonla örtüyün alt və üst layı inşa edilib, çiyin hissələr lazımi qarışıqdan istifadə edilərək bərkidilib, yol birləşmələri təmir edilib.
Rahat şəkildə hərəkətin təmini isə səmərəli işlərin reallaşmasına zəmin yaradacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: