Xəzər Xəbər

VİDEO: Hörümçək ilanı tora salıb öldürdü - Şok kadrlar

Veb TV | 15:52 • 12 Yanvar 2017
VİDEO: Hörümçək ilanı tora salıb öldürdü - Şok kadrlar

"Redbək" adlanan, belində qırmızı xalı olan qara hörümçək dünyanın ən təhlükəli, ən zəhərli hörümçəklərindən biri sayılır. Avstraliyada yaşayan bu hörümçəyin özəlliyi onun zəhərinin ayaqlarının ucunda olmasıdır.

Bu hörümçəyin zəhərlədiyi canlı, habelə insan əzablı ağrılarla ölür.

Bu günlərdə Avstraliyanın Viktoriya bölgəsindəki Vinifera şəhərindəki evlərdən birində unikal olay yaşanıb.

"Redbək" hörümçəyi dünyanın ən zəhərli ilanlarından biri sayılan Avstraliya qalxanlı ilanını ovlayıb.

İlanı tora salan hörümçək onu zəhərləyərək öldürüb.

Yaşananları ev sahibəsi Karmel Monro çəkib və sosial şəbəkələrdə paylaşıb./milli.az

 

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024