Xəzər Xəbər

VİDEO: Banklar krediti müştəriyə nağd formada verməyəcək

Veb TV | 20:08 • 12 Yanvar 2017
VİDEO: Banklar krediti müştəriyə nağd formada verməyəcək

Banklar krediti müştəriyə nağd formada verməyəcək.

Xezerxeber.az məlumat verir ki, kredit məbləği müştərinin adına olan hər hansı bank hesabına köçürüləcək.

Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Departamentinin baş direktor müavini Nicat İmanovun sözlərinə görə, bu, "nağdsız hesablaşmalar haqqında" qanunda öz əksini tapır.

Kredit məbləğinin hansı hesaba köçürülməsi müştəri ilə bank arasında tənzimlənəcək. Kredit məbləğinin nağdlaşdırılması zamanı  hüquqi şəxslər və fərdi sahibkarlar 1%-lik vergi ödəməli olacaqlar.

Nağdsız hesablaşmaların xüsusilə də kreditləşmə zamanı yaranmış mübahisələrin həlli olacağı gözlənilir.

Başqa sözlə, bank işçisi ilə müştəri arasında proses daha şəffaf olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

Xəbər lenti

Çox oxunanlar