Xəzər Xəbər

VİDEO: Şəmkirdə yanğın: 1 nəfər yanaraq ölüb

Veb TV | 19:35 • 12 Yanvar 2017
VİDEO: Şəmkirdə yanğın: 1 nəfər yanaraq ölüb

Yaşayış evi yandı, 1 nəfər yanaraq öldü.

Xezerxeber.az məlumat verir ki, hadisə  səhər saatlarında Şəmkir rayonunun Yeni Həyat kəndində Məlahət Həsənovaya məxsus fərdi yaşayış evində yanğın baş verib.

Qonşuların sözlərinə görə, kirayənişin Rafiq Quliyev təxminən 3 aya yaxındır həmin evdə tək yaşayırdı. Hadisə barədə isə onlar evdən tüstü çıxandan sonra xəbər tutublar.

Ümumi sahəsi 200 kvadrat metr  olan  evin dam örtüyü 60 kvadrat metr sahədə və 1 otaq  əşyaları ilə birlikdə  yanıb.

Hadisə yerinə  Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə briqadası cəlb olunub. Evdə kirayədə yaşayan Daşkəsən sakini 51 yaşlı Rafiq Quliyevin yanmış cəsədi aşkarlanıb.  Yanğınsöndürənlər tərəfindən meyit aidiyyəti üzrə təhvil verilib. Hazırda müvafiq strukturlar yanğının baş vermə səbəblərini araşdırır. İlkin ehtimala görə,  hadisəyə odun sobasından alov sıçraması səbəb olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Çox oxunanlar