Xəzər Xəbər

VİDEO: Polis Bakıda əməliyyat keçirib: saxlanılan var

Veb TV | 19:41 • 12 Yanvar 2017
VİDEO: Polis Bakıda əməliyyat keçirib: saxlanılan var

Nardaranda növbəti əməliyyat keçirilib.

Xezerxeber.az məlumat verir ki, qəbristanlıqda keçirilmiş əməliyyat zamanı qəbirlərdən birinin yaxınlığından xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.  Qaradağ polisi isə külli miqdarda çəkisi olan narkotik maddə satmaq istəyən şəxsi tutub.

Məlumat əsasında xüsusi təyinatlılar qəbiristanlıqda silah axtarırlar.

Görüntülər paytaxtın Sabunçu rayonu Nardaran qəbiristanlığıdandır. 42-ci Polis Bölməsinə məlumat daxil olub ki, Nardaran qəsəbə qəbiristanlığında silah-sursat bastırılıb. Polis bölməsinin və Daxili Qoşunlar Baş İdarəsi əməkdaşları birgə əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Nəticədə məzarlardan birinin yaxınlığından təxminən 70 santimetr dərinliyində kisədə torpağa basdırılan "AKMS" markalı avtomat silah, 1 ədəd patron darağı, lüləsi və qundağı kəsilmiş 2 ədəd "İJ-16" markalı tüfənglər, 1 ədəd "F-1" qumbarası və 274 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Polis Bölməsində təhqiqat araşdırmaları aparılır.

Paytaxtın Qaradağ rayon polis idarəsinin əməkdaşları isə narkotik maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısına qarşı mübarizə sahəsində əməliyyat keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Lökbatan qəsəbə sakini əvvəllər məhkum olunmuş Ramil Nəzərov saxlanılıb. Polis idarəsində onun üzərinə baxış zamanı 4 kibrit qutusu qurudulmuş marixuana aşkar edilib. Ramil Nəzərovun əlindəki iki ədəd çantadan isə 19 kiloqram 470 qram marixuana çıxıb. Saxlanılan şəxs narkotik vasitə aludəçisi olduğunu və narkotik tərkibli bitkiləri satış məqsədi ilə Şamaxıdan Bakıya gətirdiyini bildirib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Çox oxunanlar