Xəzər Xəbər

VİDEO: Silsilə oğurluqla məşğul olan şəxslər tutuldu

Veb TV | 19:38 • 12 Yanvar 2017
VİDEO: Silsilə oğurluqla məşğul olan şəxslər tutuldu

Kəndə işləməyə gələn gənclər heç kimin olmadığı evdən oğurluq ediblər.

Xezerxeber.az məlumat verir ki, hadisə Şəmkirin Abbaslı kəndində olub. 2 nəfər Elmixan Əhmədovun evinə girərək oradan 1800 manatdan çox nağd pul və digər əşyalar aparıblar.

Zərərçəkənin müraciəti əsasında əməliyyat tədbirlərinə başlayan Şəmkir polisi oğruların kimlyini müəyyən edə bilib.

Saxlanılan şəxslər ilkin dindirilmə zamanı oğurluq etdiklərini etiraf ediblər. Əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayan Qüdrət Cəfərov Abbaslı kəndinə xirnik yığmaq üçün gəldiklərini deyib.

İstintaq yolu ilə o da məlum olub ki, gənclər buna qədər Şəmkirlə yanaşı, ətraf şəhər və rayonlarda silsilə xarakterli  oğurluqlar ediblər. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.

Cəlilabadda isə ərzaq dükanı yarılıb. Hadisə axşam saatlarında  rayonun Qüdrət İsmayılov küçəsində yerləşən Fəxrəddin  Quluyevə məxsus  dükanda olub. Mağazanın  dam örtüyünü sökməklə  içəri daxil olan naməlum şəxs və ya şəxslər  oradan xeyrli sayda ərazaq məhsulları, telefon danışıq kartları, siqaretlər və kassada olan nəğd pulları götürüblər. Dükan sahibi isə hadisədən səhər saatlarında xəbər tutub və dərhal polisə məlumat  verib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti