Xəzər Xəbər

VİDEO: "KVN - 2017": Əyləncə, yoxsa separatçıların təbliğatı?

Veb TV | 20:03 • 12 Yanvar 2017
VİDEO: "KVN - 2017": Əyləncə, yoxsa separatçıların təbliğatı?

İki gündür Rusiyanın Şoçi şəhərində start götürən "KVN - 2017" festivalı Azərbaycanda müzakirələrə səbəb olub.

Xezerxeber.az məlumat verir ki, festivala erməni işğalçıları - qondarma “Dağlıq Qarabağ Respublikası”ndan da komanda dəvət olunub. Qondarma rejimin "S Xlebom i solyu" yəni "Duz-çörəklə" komandasını festivala klubun rəhbəri Aleksandr Maslyakov özü dəvət edib.

Hətta qrup dəvət məktubunun fotosunu sosial şəbəkədəki səhifələrində paylaşıb və dəvət üçün təşəkkür ediblər. Bundan sonra festivalın saytında komanda rəsmi olaraq siyahıya salınıb.

Klubun rəhbəri Georgi Avetisyan isə bildirib ki, bu onların qatıldığı sayca 3-cü festivaldır. O, KVN-nin hər zaman siyasətdən uzaq olduğunu da iddia edib.

Amma şən və hazırcavablar klubunun fəaliyyətinə bələd olan Azərbaycan, habelə bütün MDB ölkələri yaxşı bilir ki, bu səhnələrdən hər zaman siyasi mesajlar verilib. Hətta bu klubun üzvləri belə, 2015-ci ildə Krosnadar şəhərindəki festivalda çıxış edərkən Azərbaycanın milli mətbəxinə aid olan lavaşı öz adlarına təqdim etməsi də bunun bariz sübutudur.

Rusiyanın isə ermənilərə və bu kimi qondarma rejimlərə dəstəyi artıq adi hal alıb. Təkcə Soçidəki festivala qondarma Donetsk və Luqansk  respublikaların komandalarının da dəvət edilməsi qeyd etmək kifayətdir. Bunun KVN kimi reytinqi yüksək mədəni tədbirlərlə həyata keçirilməsi isə siyasi təşəbbüsə don geydirmək kimi başa düşülür. Mədəniyyətin siyasətdən uzaq olduğunu iddia etmək isə anlaşılan deyil.

Özünü Azərbaycanı strateji tərəfdaşı adlandıran Rusiyanın ATƏT-in Misnk qrupunun üzvü kimi bu cür addım atması heç vaxt anlaşılan olmayıb, bu gün də deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti