Xəzər Xəbər

VİDEO: Rusiya əsgərimizin meyitinin qaytarılmamasına münasibət bildirib

Veb TV | 20:01 • 12 Yanvar 2017
VİDEO: Rusiya əsgərimizin meyitinin qaytarılmamasına münasibət bildirib

Rusiya Ermənistanın Azərbyacan əsgərinin meyitini qaytarmamasına  münasibət bildirib.

Xezerxeber.az məlumat verir ki, bu ölkənin Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, bu faciəvi insident Azərbaycanla Ermənistan arasında baş verib: “Hesab edirik ki, iki ölkə özündə müdriklik, güc və diplomatik imkan tapıb, bu problemi həll etməlidir. Bu problemin açarı hər iki tərəfin əlindədir".

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin mətbuat xidmətindən isə  bildirilib ki, dekabrın 29-u baş vermiş insident haqqında məlumatlıdırlar və əsgərin meyitinin qaytarılması ilə bağlı çağırışları dəstəkləyirlər.

“Beynəlxalq humanitar hüquqa hörmətlə yanaşılmalıdır”,- deyə mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Avropa ittifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber bu il də regiona davamlı səfərlər həyata keçirmək, Azərbaycan və Ermənistanda yüksək səviyyəli məsləhətləşmələr aparmaq niyyətindədir.

Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər  Çingiz Qurbanov dekabrın 29-u erməni silahlı qüvvələrinin kəşfiyyat qrupunun sərhəddi pozmaq cəhdinin qarşısı alınan zaman itkin düşüb. sonradan məlum olub ki, onun meyiti Ermənistan tərəfindədir.

Müdafiə Nazirliyi əsgər Çingiz Qurbanovun  meyitinin geri qaytarılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspsikə rəsmi qaydada müraciət edib. Müraciətlərə baxmayaraq, əsgərin meyiti hələdə  qaytarılmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

Xəbər lenti