Xəzər Xəbər

VİDEO: Yol polisi Astarada reyd kecirib

Veb TV | 20:00 • 13 Yanvar 2017
VİDEO: Yol polisi Astarada reyd kecirib

Astara Dövlət Yol Polisi bölməsinin əməkdaşları, axşam saatlarında kobud qayda pozuntularının aşkarlanması məqsədilə rayon ərazisində reyd keçirib.

Xezerxeber.az məlumat verir ki, reyd zamanı 50 nəqliyyat vasitələri saxlanılıb, 20 sürücüyə qarşı inzibati protokol yazılıb.

Reyd zamanı bəzi sürücülər polisə əhəmiyyət vermədən avtomobili sürüb uzaqlaşmağa cəhd ediblər. Bəzilərinin isə sükan arxasında sərxoş vəziyytdə olduğu məlum olub.

Cərimələr əsasən spirtli içki qəbul etdiyi halda nəqliyyatın idarə olunması, təhlükəsizlik kəmərindən istifadə olunmaması, sürücülük vəsiqəsinin olmaması, texniki baxışdan keçməməklə bağlı olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti