Xəzər Xəbər

VİDEO: İlham Əliyev “Tufan” gəmisi və yeni xüsusi texnikalar ilə tanış olub

Veb TV | 20:07 • 13 Yanvar 2017
VİDEO: İlham Əliyev  “Tufan” gəmisi və yeni xüsusi texnikalar ilə tanış olub

Bu gün Dövlət Sərhəd Xidmətinin yeni sərhəd gözətçi gəmisi və  bir sıra xüsusi texnikaları istifadəyə verilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib və texnikaların imkanları ilə tanış olub.

Xezerxeber.az məlumat verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident əvvəlcə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə baxıb, onların texniki göstəriciləri ilə tanış olub.

Sonra isə dövlət başçısı yeni inşa edilmiş "Tufan" tipli sərhəd gözətçi gəmisində yaradılan şəraitlə maraqlanıb.

Ali Baş Komandan İlham Əliyev sərhəd gözətçi gəmilərinin keçidinə baxıb.

Bunun ardından isə Prezident "Tufan" tipli növbəti sərhəd gözətçi gəmisinin təməlini qoyub.

Sonra  dövlət başçısı yeni alınmış avtonəqliyyat vasitələri və digər xüsusi texnikalar ilə də tanış olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti

Çox oxunanlar