Xəzər Xəbər

VİDEO: Kasko sığortalı maşın qəzaya düşüb, amma avtomobil sahibinə ödəniş edilmir

Veb TV | 20:13 • 13 Yanvar 2017
VİDEO: Kasko sığortalı maşın qəzaya düşüb, amma avtomobil sahibinə ödəniş edilmir

Lizinq yolu ilə aldığı avtomobillə qəza törədən şəxsə, kasko sığortası olduqu halda ödəniş edilmir. Halbuki, avtomobili alan zaman o, kasko sığortası üçün əlavə pul ödəyib.

Xezerxeber.az məlumat verir ki, dəfələrlə bankdaxili sığorta şirkətinə yaxınlaşan Elnur Qocayev onlardan ödənişi ala bilməyib. Sığorta şirkətinin əməkdaşları səbəb kimi isə maşının tamamilə yanmasını göstəriblər. Şikayətçinin sözlərinə görə, həmin avtomobil ikinci əl olsa da, bankda onun adına lizinq qeydiyyatına salınıb və kasko sığortası olub. Amma sığorta müqaviləsinin sürəti ona təqdim edilməyib.

Hüquqşünaslar isə bunun qanunuyğun olmadığını bildirir.

Hüquqşünas Asif Abdullayev bildirir ki,  avtomobil tamamilə yandığından ödənişdən imtina edilməsi absurddur.

Qanunvericiliyə görə, kasko sığortası olan avtomobil qəza zamanı tam yararsız hala düşdükdə avtomobilin sahibinə, ya həmin avtomobilin dəyərinin tamamı ödənilməli, ya da eyni göstəricidə olan yeni avtomobil verilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

 

Xəbər lenti

Çox oxunanlar