Xəzər Xəbər

VİDEO: Ağdam və Şəmkir rayonlarında mal-qara oğruları tutulub

Veb TV | 19:31 • 13 Yanvar 2017
VİDEO: Ağdam və Şəmkir rayonlarında mal-qara oğruları tutulub

İki dost birlikdə həyətlərdən mal-qara oğurlayıblar.

Xezerxeber.az məlumat verir ki, Ağdamın Sarıcalı kəndində iki baş heyvan oğrulayan şəxsləri polis saxlayıb. Onlar əvvəllər də məhkum olunmuş Fəxri Mustafayev ilə Aydın Zamanovdur.

Dostlar satdıqları heyvanların pulunu öz aralarında bölərək telefon və paltar alıblar.

Şəmkirdə isə qoyun oğruları tutulub. Çobanlıqla məşğul olduqları bildirilən rayon sakini Vüqar Lələyevlə dostu Gədəbəy sakini Elvin Məmmədov Dağ Cəyir kəndində oğurluq ediblər. Onlar Vəkil Allahverənova məxsus tövlədən 15 baş qoyun aparıblar.

Polis çobanların başqa kimlərin mal-qarasını oğuladığını araşdırır.

Şabranda isə polis ayrı-ayrı vaxtlarda bir mağazadan oğurluq edən yeniyetməni saxlayıb.

Hazırda bütün faktlar üzrə araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Çox oxunanlar