Xəzər Xəbər

VİDEO: Başqa sürücülərin cərimələri onlara göndərilib - "Bizim belə maşınımız yoxdu"

Veb TV | 20:01 • 13 Yanvar 2017
VİDEO: Başqa sürücülərin cərimələri onlara göndərilib - "Bizim belə maşınımız yoxdu"

Masallının Boradigah qəsəbə sakini Vüqar Qəniyevə qayda pozduğuna dair protokol gəlib. Bu barədə məlumatı o, ilk olaraq SMS vasitəsi ilə alıb.

Xezerxeber.az-ın məlumatına görə, protokolda göstərilib ki, həmin avtomobil Bakı-Sumqayıt yolunda sürət həddini aşıb.

Vüqar Qədirov isə deyir ki, protokolda göstərilən avtomobil ona məxsus deyil və heç vaxt avtomobillə Bakıya getməyib.

İndi Vüqar Qədirov törətmədiyi qayda pozuntusuna görə yazılan cərimənin silinməsini istəyir.

Saatlının Ağarəhimli kənd sakini Raqif Əliyevə də başqasının protokolu gəlib.

Raqif Əliyev deyir ki, protokolda göstərilən avtomobil ona aid deyil. Lazımi məlumatlar protokolda yazılsa da, şəkildə yoxdur.

Hər iki sürücü səhvin düzəldilməsini istəyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Çox oxunanlar