Türkiyədə, eləcə də Azərbaycanda sevilərək izlənən məşhur “Mühteşem yüz yıl” serialının yaratdığı maraq səngimək bilmir.Filmin 124-cü bölümündə şahzadə Mustafanın edamından sonra yeniçerilər və xalqın üsyanı şahzadə Məhmetin də sonunu hazırlayıb.
Xalq şahzadə Mustafanın qətlindən sonra Rüstəm paşa ilə Hürrəm sultanı günahkar bilərək üsyan edib. Mustafadan sonra digər oğlu şahzadə Mehmeti taxta çıxarmasını istəyənlərin səsi yüksəldikdən sonra Hürrəm sultan gedən söz-söhbəti bir məktuba yazaraq Sultan Süleymana bildirir. Sultan süleyman baş verənlərdən xəbərdar olduqdan sonra Hadım Ağası İbrahim Paşanı Bursaya göndərir. Ona oğulları şahzadə Mehmeti və Mustafanın hərəmini dərhal Gəmlikdəki saraya götürməsini və bu arada Mehmetə aid olan hökmünü bildirib.
Bu hökmə qarşı çıxmayacaqlarını bilən Mahidevran sultan oğlunu torpağa tapşırdıqdan sonra Mihrunissa Sultan və şahzadə Mehmeti də götürərək Gəmliyə doğru yola çıxıb. İbrahim paşa ilə yola çıxması lazım olduğu deyilərək şəhzadə Mehmet anasından ayrı arabaya mindirilib. Yolda qəribəliklər görən xanım nələrin baş verdiyini anlamaq üçün bayıra çıxıb. Mihrünnisə Sultan oğlunun aparıldığını başa düşdükdən sonra göz yaşları içində arabanın arxasıyca qaçıb amma xeyri olmayıb. Şahzadə Mehmet bir daha anasını görməyəcək.
Qeyd edək ki, tarixdə şahzadə Mehmetin ölümü bu cür izah edilib. 1553-cü ildə boğularaq öldürülən şahzadə Mustafadan sonra çox az 7 yaşı olan oğlu şahzadə Mehmet də gələcəkdə Sultan Süleymana intiqam müharibəsi başlatmasın deyə öldürülüb.