Xəzər Xəbər

VİDEO: Məktəblərdə təmayülləşmə kütləviləşir - Repetitorlara ehtiyac olmayacaq

Veb TV | 20:12 • 13 Yanvar 2017
VİDEO: Məktəblərdə təmayülləşmə kütləviləşir - Repetitorlara ehtiyac olmayacaq

İki ildir ki, 182 pilot məktəbdə təhsil təmayüllər üzrə təşkil olunur.

Xezerxeber.az məlumat verir ki, gələn tədris ilindən isə ölkənin ümumtəhsil məktəblərində kütləvi halda bu prosesə keçiləcək.

Təmayülləşmə o deməkdir ki, 9-cu sinfi bitirərək ümumi orta təhsili başa vuran şagirdlər 10-cu sinfə istədiyi fənlər üzrə qəbul olunacaq. Belə məktəblərdə tədris şagirdlərin meyl və maraqlarına uyğun olaraq profilləşir. Belə olan halda, profilə uyğun olaraq həmin fənlər daha dərindən tədris edilir və gələcəkdə şagirdlərin qarşılarına qoyduqları məqsədə çatmaq üçün böyük kömək olur.

Əvvəllər 10-11-ci siniflərdə daha çox fənn tədris olunurdu. Təmayüllərdə isə şagirdlərin həddən artıq yüklənməməsi üçün fənnlərin sayı bir qədər azaldılacaq. Amma tümayülün profilindən asılı olaraq bəzi dərslər mütləq halda tədris olunacaq.

Lakin bütün məktəbləri təmayülləşdirmək də mümkün deyil. Buna görə bütün rayonlar zonalara bölünəcək. Hər zonada 3-5 məktəb var ki, onların yalnız 1-i təmayülləşəcək. Digər məktəblərdən şagirdlər təmayülləşmiş məktəbə keçə biləcəklər.

Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun baş məsləhətçisi Əhliyyət Adıgözəlov deyir ki, təmayülləşmədən sonra şagirdlərin əlavə hazırliğa və repetitor yanına getməsinə ehtiyac qalmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024