Son bir neçə gündür Gədəbəy rayonunun Arıxdam kəndinin sakinləri təşviş içindədir. Buna səbəb fərdi təsərrüfatlarda mövcud olan mal-qaraların kütləvi şəkildə tələf olmasıdır.
Artıq bu günədək 25 xırda və bir neçə iri buynuzlu heyvan ölüb. Təsərrüfat sahibləri mal-qaraların gündəlik istifadə olunan sudan zəhərləndiyini deyir.
Gədəbəy rayon Baytarlıq İdarəsindən isə bildirirlər ki yaranmış vəziyyətə görə təsərrüfat sahibləri günahkardır. Çünki onlar heyvanların saxlanma və qidalanma prosesinə düzgün əməl etmirlər.
Ölmüş heyvanlar aidiyyatı strukturların iştirakı ilə yandırılma yolu ilə məhv edilib.
XezerXeber.com