Bakıda azyaşlı uşaq anası pul qazanmaq üçün ağlagəlməz fırıldağa əl atıb. Onun əl atdığı fırıldaq baş tutsa da, polisdən yayınmaq cəhdi alınmayıb
Binəqədi rayon Polis İdarəsinin əməkdaşları 6 nəfərin külli miqdarda pulunu mənimsəyən 34 yaşlı İlhamə Xəlilovanın qoluna qandal vurub. Rayon Polisindən Xezerxeber.com-a bildirildi ki, İ.Xəlilova həmin şəxslərin hərəsindən 3-4 min manat alaraq onlara xəstəlik adı ilə pensiya düzəldəcəyini vəd edərək pullarını mənimsəyib.
Ümumilikdə 15 min 130 manat pul əldə edən İ.Xəlilova sonradan verdiyi sözə xilaf çıxıb. Polisə ifadəsində o, pensiyanı düzəltmək istədiyini, lakin alınmadığını deyib. Bir azayaşlı uşağı olan İ.Xəlilova artıq həbs olunub. Saxlanılan şəxs zərərçəkən şəxslərə 300 manat təqaüd alacağını vəd edib.