Məqsəd planetin bütün guşələrini Wi-Fi şəbəkələri ilə əhatə etmək və istifadəçilərin ümumdünya hörümçəyindən pulsuz istifadəsini təmin etməkdir.
"Outernet"in təşkilatçıları qlobal "örtüyü" Yerin orbitinə çıxarılacaq bir neçə yüz "CubeSat" mini peykinin köməyi ilə təmin etməyi planlaşdırırlar.
Peyklər 200 kilometr yüksəklikdə yerüstü stansiya-retranslyatordan olan məlumatlarla mübadilə edəcək və Wi-Fi texnologiyasının köməyi ilə onları milyardlarla istifadəçiyə "paylayacaqdır".