Xəzər Xəbər

VİDEO: Moldovalı müğənni Azərbaycan mahnısı oxudu

Veb TV | 20:03 • 13 Yanvar 2017
VİDEO: Moldovalı müğənni Azərbaycan mahnısı oxudu

Moldovanın paytaxtı Kişinyovda fəaliyyət göstərən "Big Flash Sound" rok qrupu "Cücələrim" mahnsını ifa edib. Məşhur qrupun solisti Tatiana Turturean mahnını özü də Azərbaycan dilində oxuyub.

Xezerxeber.az məlumat verir ki, tələffüzündə bəzi problemlər olsa da müğənni sözləri aydın şəkildə  tamaşaçılara çatdıra bilib. Qrup, mahnının ritminə və  ahəngliyinə xələl gətirməmək üçün sözləri tərcümə etdirmədən səsləndirib.

Sözləri Tofiq Mütəllibova, musiqisi Qənbər Hüseynliyə aid olan "Cücələrim" mahnısı görünür Moldovada yetərincə məşhurluq qazanıb.  Bəstə, artıq toyların da əvəzolunmazı hesab olunur.

Qrup, toy sahiblərinin repertuarlarındakı musiqilərdən əlavə "Cücələrim" mahnısını xüsuilə istədiklərini deyirlər. Mahnı ritmik üslubda olduğundan başda gəlinlə bəy olmaqla toya gələnlərin könlünü oxşayır. Sözlərini  o qədər də anlamasalar da, toya gələnlər, musiqinin sədaları  altında rəqs etməyi sevdiklərini bildiriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

 

 

 

 

 

 

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024