Xəzər Xəbər

VİDEO: Təqaüdçülərin pulunu mənimsəyən şəxs tutuldu

Veb TV | 19:42 • 14 Yanvar 2017
VİDEO: Təqaüdçülərin pulunu mənimsəyən şəxs tutuldu

Bankomatın qarşısında dayanan təqaüdçülərə qarşı fırıldaqçılıq edən şəxs saxlanılıb.

Xezerxeber.az məlumat verir ki, bir neçə ahıl, Xətai rayon polis idarəsinə müraciət edib ki, Məhəmməd Hadi küçəsində olan bankomatdan pensiyaları çəkilib. Ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə müəyyən edilib ki, həmin şəxslərin pulunu Mübariz Quliyev çəkib. Çox çəkməyib ki, adı çəkilən şəxs saxlanılıb.

Polis müəyyən edib ki, Mübariz Quliyev bu üsulla ötən il Xətai rayonu ərazisində bir neçə nəfərin ümumilikdə 3300 manat pulunu mənimsəyib.

Faktla bağlı onun dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024