Xəzər Xəbər

VİDEO: Sobaya od vurmaq istəyirdi, özü yandı

Veb TV | 19:36 • 14 Yanvar 2017
VİDEO: Sobaya od vurmaq istəyirdi, özü yandı

Sobaya yığdığı oduna yanacaq töküb yandıran zaman güclü alov qalxıb. Qadın ağır yanıq xəsarəti alıb.

Xezerxeber.az məlumat verir ki, hadisə Goranboyun Tatarlı kəndində qeydə alınıb. 52 yaşlı 2-ci qrup əlil Nəhayət Cabbarova, yaşadığı evin həyətində olan hamam sobasını yandırmaq istəyərkən güclü alov çıxıb. Ağır yanıq xəsarətləri alan qadın yaxınlarının köməyi ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Reanimasiya şöbəsinə yerləşdirilən kənd sakininə tibbi yardım göstərilib.

4-cü dərəcəli yanıq xəsarətləri alan Nəhayət Cabbarovanın vəziyyəti ağır qiymətləndilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Çox oxunanlar