Xəzər Xəbər

VİDEO: Cəlilabadda avtomobil yolunda təhlükəli vəziyyət yaranıb

Veb TV | 20:01 • 14 Yanvar 2017
VİDEO: Cəlilabadda avtomobil yolunda təhlükəli vəziyyət yaranıb

Cəlilabadın 10-dan çox kəndini birləşdirən Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun bir hissəsi sürüşmənin təsirindən yararsız hala düşüb. Bu da avtomobil yolunun bağlanma ehtimalını artırır.

Xezerxeber.az məlumat verir ki, yolun bəzi ərazilərindəki asfalt qatı tamamilə çöküb. Nəticədə avtomobil yolunun hərəkət hissəsi xeyli daralıb. Bu da ərazidə qəza riskini artırır.

Cəlilabadın Cəngan kəndində də sürüşmə təhlükəsi artmaqdadır. Yaşayış evləri üçün təhlükə olmasa da, kənd qəbiristanlığı və ona yaxın ərazilərdə sürüşməyə meyillilik hər gün artır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Çox oxunanlar