Xəzər Xəbər

VİDEO: Yevlax-Bərdə yoluna dəhşətli qəza: 2 nəfər ölüb, 4-ü yaralanıb

Veb TV | 19:47 • 14 Yanvar 2017
VİDEO: Yevlax-Bərdə yoluna dəhşətli qəza: 2 nəfər ölüb, 4-ü yaralanıb

İki avtomobil toqquşdu, 2 nəfər dünyasını dəyişdi.

Xezerxeber.az məlumat verir ki, ağır qəza Yevlax-Bərdə avtomagistralında baş verib. Hadisə zamanı Ağdam rayon sakini Emin Əliyevin idarə etdiyi avtomobil, Yevlax sakini  Saleh Şəmilovun sürücüsü olduğu maşınla toqquşub. Dəhşətli qəza zamanı sərnişinlər  -Elvin Şəmilov və  Rahilə Alıyeva ölüblər.

Digər 4 nəfər - Nərminə Şəmilova, Mürşüd Əmrahov, Qənimət Məhərrəmov və Saleh Şəmilov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirlib. Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən sərnişinlər sürücünün gənc oğlu və bacısı olub.

Lənkəran şəhərində isə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 4 maşına ciddi ziyan dəyib. Elxan Sultanzadə idarə etdiyi yük maşını ilə Şəhidlər Xiyabanı küçəsindən "Ləvəngi" dairəsi istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və 3 avtomobillə toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, dörd avtomobilə ciddi ziyan dəyib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb yük  avtomobilinin sürücüsünün sürət həddini aşması olub.

Baş Dövlət Yol Polisi İdarəsindən  verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 15 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti

Çox oxunanlar