Xəzər Xəbər

VİDEO: 86 yaşlı qadının iki əsrlik yadigarı

Veb TV | 20:07 • 14 Yanvar 2017
VİDEO: 86 yaşlı qadının iki əsrlik yadigarı

Goranboyun Qızılhacılı qəsəbəsinin yaşlı sakini yaşı 2 əsrə bərabər, gümüşdən olan daş-qaşları hələ də saxlayır. Nənənin dediyinə görə, bu əşyalar ona anasından yadigar qalıb.

Xezerxeber.az məlumat verir ki, 86 yaşlı qadın illərdir sadə görünüşlü kəmər, incə toxumalı qədim yaxalıqları qoruyub saxlayır.

Göz oxşayan qadın və kişi bəzək əşyaları, Goranboyun Qızılhacılı qəsəbə sakini Nüvər Mirzəyevaya məxsusdur. Kənd sakini gümüşdən hazırlanan əşyaların tarixinin 2 əsr-dən çox olduğunu deyir. Nüvər nənə gümüş kəmərin uzun illər böyük qardaşının istifadə etdiyini bildirdi. Görünüşcə ilana bənzəyən əşya bir çoxlarının diqqətini cəlb edib.

İri görünüşü, üzərindəki işləmələrlə diqqət çəkən sinəbənd isə 86 yaşlı qadının anasının toy mərsimindən qalıb. Nəsildən-nəslə keçib bu günə çatan əşya daha qiymətli sayılır.

Qızılhacılı qəsəbə sakini qədim əşyaları yüksək məbləğ təklif edərək almaq istəyənlərin çox olduğunu bilidirsə də, daş-qaşları yadigar saxlayacağını deyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti

Çox oxunanlar