Xəzər Xəbər

VİDEO: Bərdədə 13 yaşlı oğlan qətlə yetirilib - Təfərrüatlar

Veb TV | 19:39 • 14 Yanvar 2017
VİDEO: Bərdədə 13 yaşlı oğlan qətlə yetirilib - Təfərrüatlar

Çoban digər yeniyetmə çobanı otlaq sahəsinə görə öldürüb.

Xezerxeber.az məlumat verir ki, hadisə Bərdədə olub. Kəlbəcər rayonundan məcburi köçkün, Ağdaşın Aral-1 kəndində müvəqqəti məskunlaşan 13 yaşlı uşaq Bərdədə çobanlıq edirmiş. Elə hadisə də otlaq sahəsində heyvanları otararkən baş verib. Atası İsmət Mirzəməmmədovun sözlərinə görə, 13 yaşlı Həsrət küt alətlə başından vurularaq öldürülüb və şor su kanalına atılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Yevlax sakini Tapdıq  Mustafalı Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, Tapdıq  Mustafalı azyaşlını otlaq sahəsi üstündə düşən mübahisədən sonra öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024