Xəzər Xəbər

VİDEO: Evlilik verilişində azərbaycanlı qızın keçmiş nişanlısı dava saldı

Veb TV | 11:11 • 15 Yanvar 2017
VİDEO: Evlilik verilişində azərbaycanlı qızın keçmiş nişanlısı dava saldı

Azərbaycanlı model Əli proqrama qatılaraq Naza namizəd olduğunu demişdi. Naz da bəy namizədini bəyəndiyini söyləyərək, onunla münasibət qurmağa razılaşıb.

Nazın bundan əvvəl nişanlandığı və proqramda bəy namizəd olan Baha onların bu hərəkətinə aqresiv reaksiya göstərib. 

O bildirib ki, Naz Əli ilə onu qısqandırmağa çalışır:

“Verilişdən getdim ki, Naz düzgün qərar versin, ağlını qarışdırmayım. Yanlış addımlar atıb, səhv qərarlar verirsən. Bizim bir münasibətimiz var idi. Hamı bilir ki, münasibətdə hər şeyi edən mən idim. Nişanı qaytardı. Səbəbi desəm, hamı gülər. Nişan qayıdandan sonra hər gün mənə mesaj göndərdi, "səni sevirəm" yazdı. Naz bir çox şeyə peşman olacaq. Etdiklərini iki-üç gündən sonra hamı görəcək ki, yanlışdır. Onun Əlini seçdiyinə inanmıram. Bura elə birisi gələcək ki, mən aşiq olacam, mənə Nazın yaşatdıqlarını unutduracaq. Naz həmin an namizədlər sırasında oturub hönkür-hönkür ağlayacaq. Əli də hər şeyi görəcək".

Naz Bahaya “Bura gələn bütün namizədlərimə görə Baha dava saldı. Artıq bezdim. İnşallah, ona ürəyi istəyən bir namizəd gələr, mən də rahat yaşayaram” cavabını verib. 

Əli Bahanın dediklərinə əhəmiyyət vermədiyini söyləyib:

“Biz xoşbəxtik, birlikdəyik. Başa düşə bilmirəım Baha nə etmək istəyir. Baha düşünür ki, Naz onu unutmayıb, amma yanılır. Nazın gözlərindən görürəm ki, Bahanı unudub".

Əli Naza boyunbağı hədiyyə verərək, onu rəqsə dəvət edib. Həmin an Baha əsəbiləşərək studiyadan gedib. 

Xatırladaq ki, Əli Əkbər bir vaxtlar Azərbaycanın məşhur modellik müsabiqələrində iştirak edib. O, hətta özünü aktyor kimi kiçik rollarda da sınayıb.

Məlumat üçün bildirək ki, Naz Mila evli olub və onun bir qızı var./axsam.az

 

 

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024