Xəzər Xəbər

VİDEO: Kamran Ağayev Portuqaliyada dava saldı

Veb TV | 12:19 • 15 Yanvar 2017
VİDEO: Kamran Ağayev Portuqaliyada dava saldı

Çılğın xarakteri ilə tanınan və qalmaqalları ilə tez-tez gündəmə gələnə millimizin qapıçısı matç başa çatan kimi rəqib futbolçularla dava-dalaşa çıxıb.

Belə ki, oyunun 75-ci dəqiqəsi gedərkən vaxtı uzatdığı üçün sarı vərəqə ilə cəzalandırılan "çərçivə qoruyucusu" "qartallar"ın bir neçə üzvünün narazılığı ilə qarşılaşmışdı.

Hakimin final fitindən sonra isə "Benfika"nın ehtiyat oyunçular skamyasından deyilən hansısa bir söz Kamranın özündən çıxmasına səbəb olub. Rəqib futbolçularla əlbəyaxa davaya çıxmaq istəyən Ağayevi Emin Mahmudov və digər komanda yoldaşları birtəhər sakitləşdirə biliblər.

İnsidentin baş vermə səbəbi isə bilinmir./apasport

Xəbər lenti

Çox oxunanlar