Xəzər Xəbər

VİDEO: Hacıqabulda ağır qəza: ölən və xəsarət alanlar var

Veb TV | 19:58 • 15 Yanvar 2017
VİDEO: Hacıqabulda ağır qəza: ölən və xəsarət alanlar var

Minik avtomobilinin aşması ölümlə nəticələnib...

Ağır qəza Bakı-Qazax magistralının Hacıqabulun Padar kəndindən keçən hissəsində baş verib. Neftçalanın Qaraimanlı kənd sakini, Balakişi Məmmədov idarə etdiyi minik avtomobilində sükana nəzarəti itirib və maşın yoldan çıxaraq aşıb. Avtomobildə olan sərnişin Qalib Əliyev hadisə yerində ölüb. 3 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Şirvanda da ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə ötən axşam şəhərin Çılpaqlı qəsəbəsində qeydə alınıb. Salyanın Çadırlı kənd sakini Rahil Muradovun idarə etdiyi minik avtomobili magistral qaz kəmərinin dirəyinə çırpılıb.

Hadisə zamanı sürücü və avtomobildə olan sərnişinlər-61 yaşlı Gülbar Muradova və 2 yaşlı Səma Muradova müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq Gülbar Muradovanın həyatını xilas etmək mümkün olmayıb. Yaxınlarının verdiyi məlumata görə, 2 yaşlı Səma Muradovada qıcolma baş verib və onu xəstəxanaya çatdırmaq istəyərkən tələskənlikdən qəza baş verib.

 

Xəbər lenti