Xəzər Xəbər

VİDEO: Lizinq haqqında yeni qanun hazırlanacaq

Veb TV | 20:01 • 15 Yanvar 2017
VİDEO: Lizinq haqqında yeni qanun hazırlanacaq

Azərbaycanda lizinq yolu müasir texnika və texnologiyaların əldə edilməsi təcrübəsi olsa da, bu sahədəki çatışmazlıqlar iqtisadiyyatın inkişafına mane olur. Məhz buna görə də yeni lizinq qanunvericiliyinin yaradılaraq şərtlərin yüngülləşdirilməsi nəzərdə tutulur. Avtomobil və texnikalar bundan sonra daha ucuz faizlə əldə edilə bilər..

Azərbaycanda lizinqin inkişafı üçün, vahid qanunun hazırlanması gündəmdədir.

Bu "Azərbaycanda kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə öz əksini tapıb.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, lizinq haqqında qanunun təkmilləşdirilməsinə ölkə iqtisadiyyatının inkişafı baxımından çox önəmli dərəcədə ehtiyac var. Çünki, hazırda lizinq şirkətlərinin fəaliyyəti ölkədəki vəziyyətə adekvat deyil.

Eskpertin fikrincə lizinq haqqında qanunda ediləcək dəyişikliklər sahibkarların ən son texnologiyalara çıxış imkanını asanlaşdıra bilər. Çünki hazırkı şərtlərlə indi bunu etmək çox çətindir. Yeni qaydaların tətbiqi həm avtomobil həm də yeni texnikaların alışında qiyməti xeyli ucuzlaşdıra bilər.

Mütəxəssisin sözlərinə görə hazırda Azərbaycanda lizinqlə nə isə əldə etmək üçün 18 faiz əlavə pul ödəməlidir vətəndaşlar. Ancaq bu faiz qabaqcıl ölkələrdə 7-10 faiz arasındadır. Buna görə də bu sahəyə marağın artması üçün faizlərə və şərtlər yenidən baxılaraq yeni hüquqi bazanın formalaşdırılması vacibdir.

Xəbər lenti