Xəzər Xəbər

VİDEO: Bu çay evi görənlərin marağına səbəb olur

Veb TV | 19:57 • 15 Yanvar 2017
VİDEO: Bu çay evi görənlərin marağına səbəb olur

Naftalanda yerləşən bir çay evi görənlərin marağına səbəb olur. Çünki bu obyekt tamamilə samovara bənzəyir. Tikilinin hündürlüyü isə 15 metr 99 santimetrdir. Niyə 16 metr yox, 1 santimetr az olmasının da maraqlı səbəbi var.

Hündürlüyü 15 metr 99 santimetrdir, kənardan baxdıqda da tamamilə samovara bənzəyər.

Qeyri-adi görünüşü olan bu tikili Naftalanda yerləşir. Bina şəhər sakini ərəsdun əliyev tərəfindən inşa etdirilib və tikintisi 1992-ci ildə başa çatıb. Həmin vaxtdan 2005-ci ilə qədər ərəsdun əliyev özü burada qonaqlara xidmət göstərib. Sonra isə oranın çay evi fəaliyyərini əkiz övladları davam etdirib. Hətta bu obyekt onlara ləqəb də qazandırıb.

Neft şəhərinə turistləri cəlb etmək və pürrəngi çayı tanıtmaq üçün tikilən maraqlı görünüşlü bina 2 mərtəbədən və zirzəmidən ibarətdir. Eyvanı samovarın qulpunu, damı dəmkəşi xatırladır. Sütunlar üzərində inşa edilən binaya giriş dairəvi piləkənlərlə mümkündür. Divarda yerləşdirlən qədim samovar və digər qablar isə xüsusi ilə diqqət çəkir.

Yerli sakinlərin sözlərinə görə, bina inşa edilərkən memar məsləhət görüb ki, tam samovara bənzəməsi üçün hündürlüyü 16 metr yox, 1 sm az olsun. Ona görədə 15 metr 99 santimetr hündürlükdə inşa edilib. Tikili Naftalana gələn turistlərin marağına səbəb olur.

Novruz bayramında isə samavarın ən hündür hissəsində, yəni dəmkeşində ocaq qalanır. Bu zaman şəhər sakinləri maraqlı mənzərənin şahidi olurlar.

 

Xəbər lenti

Çox oxunanlar