Xəzər Xəbər

VİDEO: Şəhidimiz dəfn olundu

Veb TV | 20:01 • 15 Yanvar 2017
VİDEO: Şəhidimiz dəfn olundu

Erməni silahlı qüvvələrinə qarşı cavab tədbirləri görülərkən şəhid olan hərbçi Fikrət Bəşirov Astaranın Şahağacı kəndində dəfn olunub. Mərasimdə rayon ictimaiyyəti ilə yanaşı hərbçilər də iştirak ediblər. Şəhid hərbçi medalla da təltif olunub.

Dağlıq Qarabağda erməni silahlı qüvvələrinə qarşı cavab tədbirləri görülərkən şəhid olan hərbçi Fikrət Bəşirov Astaranın Şahağacı kəndində dəfn olunub...

Mərasimdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və hərbçilər iştirak ediblər. Bildirilib ki, müddətdən artıq hərbi qulluqçu olan 37 yaşlı Fikrət Bəşirov hər zaman mərdliyi və cəsurluğu ilə seçilib və düşmənin atəşinə cavab verilərkən qəhrəmancasına şəhid olub.

Şəhid Fikrət Bəşirov yayılım atəşlərinin müşayiəti ilə son mənzilə yola salınıb. 5 gün əvvəl onun qız övladı dünyaya gəlib. Şəhid Fikrət Bəşirov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.

Xəbər lenti

Çox oxunanlar