Xəzər Xəbər

VİDEO: Bişkekdə qəzaya uğrayan təyyarə

Veb TV | 10:08 • 16 Yanvar 2017
VİDEO: Bişkekdə qəzaya uğrayan təyyarə

Qırğızıstanda qəzaya uğramış yük təyyarəsi "Türk Hava Yolları"na məxsus deyil.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə RİA Novosti-yə Türkiyənin Rusiyadakı səfirliyindən deyiblər.

Səfirlikdən bildiriblər ki, bu təyyarə Türkiyənin özəl şirkətinə məxsusdur.

Qeyd edək ki, bu gün səhər saatlarında Bişkek yaxınlığında Türkiyənin "Türk Hava Yolları" aviaşirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 32 nəfərin həlak olduğu bildirilir.

Xəbər lenti