Xəzər Xəbər

VİDEO: “Real”ı da dayandıran tapıldı

Veb TV | 14:59 • 16 Yanvar 2017
VİDEO: “Real”ı da dayandıran tapıldı

Yanvarın 15-də İspaniya La Liqasında 18-ci turun oyunları keçirilib.

Turun maraqlı gözlənilən matçı Sevilyada oynanılıb. Şəhərin eyniadlı komandası lider “Real”ı qəbul edib.

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Zinəddin Zidanın komandasının məğlubiyyətsizlik seriyası qırılıb. Paytaxt klubu buna qədər ardıcıl 40 oyunda məğlubiyyət acısı yaşamamışdı.

Qeyd edək ki, “Kral klubu” sonuncu məğlubiyyətini ötən il aprelin 6-da Çempionlar Liqasının dörddəbir finalının ilk matçında səfərdə Almaniyanın “Volfsburq” klubu qarşısında almışdı (0:2).

“Sevilya” – “Real” - 2:1
Qollar:  Ronaldo, 66-pen. (0:1), Ramos, 85-avtoqol (1:1), Yovetiç, 90+2 (2:1)

 

Xəbər lenti

Çox oxunanlar