Xəzər Xəbər

VİDEO: Korrupsiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir

Veb TV | 19:56 • 16 Yanvar 2017
VİDEO: Korrupsiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir

2016-cı ildə korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları 6 korrupsiyoneri cinayət başında tutublar. Ötən il ən çox korrupsiya halı bank sektoru ilə bağlı aşkarlanıb. İki və üçüncü yerlərdə isə tikinti və ticarət sektorları qərarlaşıb.

Ötən il korrupsiya ilə bağlı 159 cinayət işi başlanıb, 6 vəzifəli şəxs isə əməliyyatla rüşvət alarkən saxlanılıb. Bu məlumatları baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev, 2016 ci ildə görülən işlərə həsr olunmuş mətbuat konfransında açıqlayıb. Ötən il ən çox korrupsiya faktlarının aşkar olunduğu sektorlarda açıqlanıb.

2016 cı ildə korrupsiyayla bağlı qaynar xəttə daxil olan müraciətlərin sayın 5492 olub ki, bu da 2015 ci illə müqayisədə 2 mindən çox azalma deməkdir. Buna əsas səbəb kimi isə ASAN xidmət mərkəzlərinin fəaliyyətinin genişlənməsi göstərilib. Rüşvətin alınması və yaxud verilməsi səbəbi ilə vurulan ziyanların qaytarılmasında da irəliləyiş əldə edilib.

Ötən il, 5 rüşvət vermə faktı aşkarlanıb , qara bazarın yaradılmasına iştirak edən 2 şəxs barəsində cinayət işi açılıb. Korrupsiya faktlarının aşkarlanmasında, dövlət qrumları ilədə sıx əməkdaşlıq edilib. Dövlət Təhlükəsizlik Xidmətindən göndərilmiş 14 məlumat , Fövqaldə Hallar Nazirliyindən 16 , Daxili İşlər Nazirliyindən 15 , Vergilər Nazirliyi tərəfindən göndərilmiş 48 məlumat əsasında araşdırma aparılıb.

 

Xəbər lenti