Xəzər Xəbər

VİDEO: İkinci dərman zavodunun təməli qoyuldu

Veb TV | 19:59 • 16 Yanvar 2017
VİDEO: İkinci dərman zavodunun təməli qoyuldu

Ölkəmizdə dərman istehsal edəcək ikinci müəssisənin təməli qoyulub. Zavod gələn ilin ortalarında istifadəyə veriləcək. Zavodun illik istehsal gücü birinci mərhələdə 201 mln. Ədəd həb və kapsul təşkil edəcək.

Ölkəmizdə sayca ikinci əczaçılıq zavodunun təməli qoyulub

Pirallahı Sənaye Parkında yerləşəcək müəssissənin təməlqoyma mərasimində iqtisadiyyat naziri Şahin Mustafayev və İranın Kooperasiya, əmək və sosial rifah naziri əli Rəbii və digər qonaqlar iştirak ediblər.

Zavodun illik istehsal gücü birinci mərhələdə 201 mln. ədəd həb və kapsul təşkil edəcək. Gələcəkdə istehsalın genişləndirilməsi nəzərdə tutulur.

Zavodun fəaliyyəti nəticəsində 90 nəfər daimi iş yeri ilə təmin olunacaq.İstehsal ediləcək dərman vasitələri daha çox daxili tələbatı ödəməyə hesablanıb. Amma ixrac imkanları da diqqətdə saxlanılacaq.

Dərman preparatlarının istehsalı bu sahədəki qiymətlərin tənzimlənməsinə də şərait yaradacaq.

Dərman istehsalı sahəsindəki islahatlar bununla da kifayətlənmir. Belə ki, bu ilin martında 3-cü əczaçılıq zavodunun tikintisi başlayacaq. Hazırda bununla bağlı danışıqlar aparılır.

Xəbər lenti