Xəzər Xəbər

VİDEO: Gəncədə reyd - 70-dən çox piyada cərimələndi

Veb TV | 20:01 • 16 Yanvar 2017
VİDEO: Gəncədə reyd - 70-dən çox piyada cərimələndi

Yol hərəkəti qaydalarına riayiət edilməsinə görə təkcə sürücülər deyil, piyadalar da məsuliyyət daşıyırlar. Gəncədə yolu keçərkən keçidlərdən istifadə etməyən 70-dən artıq piyada saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib.

Yolda keçid var amma istifadə etmirlər. Bəzi piyadalar isə çəkilişə müdaxilə etmək istəyir.

Gəncədə yol hərəkəti qaydalarına aid növbəti reyd bu dəfə məsuliyyətsiz piyadalara qarşı keçirilib. Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi əməkdaşlarının şəhərin intensiv hərəkətli küçələrində keçirdikləri reyd zamanı 70-dən artıq piyada saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib.

Belə ki, piyadalar üçün nəzərdə tutulmayan yerlərdən keçdikləri üçün onların barəsində protokol tərtib edilib və hər biri 20 manat məbləğində cərimələnib.

Reydlər zamanı müxtəlif yaş qruplarından olan piyadaların qayda pozduqları müşahidə olunsada onların arasında gənclər üstünlük təşkil edib.Yerli DYP şöbəsindən onu da bildirirlər ki, ötən il Gəncədə 18 min 674 nəfər piyada yol hərəkəti qaydalarını pozaraq nəzərdə tutulmayan yerlərdən yolu keçdikləri üçün məsuliyyətə cəlb edilib.

 

Xəbər lenti