Xəzər Xəbər

VİDEO: Pulumuzu hansı formada saxlamaq sərfəlidir?

Veb TV | 20:04 • 16 Yanvar 2017
VİDEO: Pulumuzu hansı formada saxlamaq sərfəlidir?

Son dövrlər maliyyə bazarında baş verən dəyşikliklər nağd şəkildə olan vəsaitlərin hansı formada saxlanılması məsələsini aktuallaşdırıb. Ekspertlərə görə, hazır ki, dövrdə vəsaiti qızıla və istiqrazlara yönəltmək daha məqsədə uyğundur. Çünkü qızıl dünya bazarında günü-gündən dəyər qazanmaqda davam edir.

Son dövrdə bank sektorunda yaranan qeyri-müəyyənlik vətəndaşların banklara olan inamını azaldıb. Elə buna görə də insanlar pulu evdə nağd şəkildə saxlamağa üstünlük verirlər. Ancaq ekspertlər bunun risqli bir hal olduğunu deyirlər. Çünkü maliyyə bazarında baş verə biləcək dəyşiklik vətəndaşın maddi zərərə düşməsinə səbəb ola bilər

Ekspert Vüqar Bayramlının sözlərinə görə, hazırki dövrdə insanların vəsaitlərini qızıla çevirmələri daha məqsədə uyğundur.

Gəlir əldə etmək üçün pulu dövlət zəmanətli və ya beynəlxalq şirkətlərə məxsus istiqrazlara da yönəltmək olar.

Bununla bərabər, vətəndaşlar vəsaiti inam qazanan kommersiya banklarında sığortalanmış halda da saxlaya bilərlər. amma bu zaman bir sıra məqamlara diqqət yetirmək lazımdır. belə ki əmanət xarici valyuta ilə qoyulursa gəlirin 3 faizdən çox olan təkliflərə şirniklənmək lazım deyil. çünki 3 faizdən artıq gəlirli əmanətlər sığortalanmır. Vuqar Bayramlının fikirincə, hazırki dövrdə vəsaiti mənzil bazarına yönəltmək məqsədə uyğun sayılmır. Çünkü bazarında qiymətlərın ilin birinci yarısında daha da aşağı düşməsi gözlənilir.

     

 

Xəbər lenti