Xəzər Xəbər

VİDEO: Hələ doğulmamış atası ondan imtina etdi - Buna səbəb isə...

Veb TV | 20:12 • 16 Yanvar 2017
VİDEO: Hələ doğulmamış atası ondan imtina etdi - Buna səbəb isə...

Valideyn üçün dünyada ən şirin nemətlərdən biri övladdır. Övlad sağlam olsa da, şikəst olsa da, övladdır və valideynin borcu onu böyütməkdir. Ancaq elə insanlar var ki, valideyn anlayışının nə olduğunu dərk etmir, övladını şikəst olma ehtimalına görə hələ ana bətnində ikən öldürmək istəyir. Ancaq öldürməyən allah öldürmür və bu körpə dünyaya gəlir. Üstəlik, atasının zədələdiyi gözü yavaş-yavaş bərpa olunur.

Bu balaca məsum körpədən atası imtina edib. Buna səbəb isə onun dünyaya qüsurlu şəkildə göz açmasıdır.

Ruqiyyə Qurbanovanın cəmi 2 yaşı var. Hazırda anası ilə birlikdə paytaxtdakı sığınacaqlardan birində qalır.

Anası Gülşən Qurbanovanın sözlərinə görə, 7-ci sinifdə oxuyarkən ailəsi tərəfindən zorla ərə verilib. 15 il övlad həsrəti ilə yanan qadın daha sonra ana olacağını öyrənib. Amma onun bu sevinci də uzun çəkməyib.

Gülşənin sözlərinə görə, həyat yoldaşının zülmünə dözə bilmədiyi və ən əsası uşağını dünyaya gətirmək üçün çarəni evdən qaçmaqda görüb.

Tənha ananın sözlərinə görə, hətta övladını dünyaya gətirdiynə görə valideynləri də ona sahib çıxmayıb.

Anadan olanda gözləri görməyən körpənin bir müddət müalicədən sonra görmə qabiliyyəti bərpa olunmağa başlayıb.

Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, hazırda qadınla reabilitasiya işləri aparılır. Uşağın isə tam sağlamlığına qovuşması üçün müalicə işləri davam edir.

Məsələ ilə əlaqədar uşağın atası ilə əlaqə saxlamaq istəsək də, o, suallarımızı cavablandırmaq istəmədiyini dedi.

Xəbər lenti