Xəzər Xəbər

VİDEO: Məktəbdə biabırçılıq - müəllim şagirdi döydü

Veb TV | 20:15 • 16 Yanvar 2017
VİDEO: Məktəbdə biabırçılıq - müəllim şagirdi döydü

2 ay əvvəl baş verən hadisədən sonra müəllimin psixoloji durumu da araşdırılıb. Bəs görəsən şagirdi vuran müəllim və direktor barədə nə cəza tətbiq edilib?

Sinifdə müəllim şagirdi döyür. Digər məktəblilər yaxınlaşıb ayırmaq istəsə də müəllimdən qorxurlar.

Astara rayonu Şiyəkəran kəndində müəllim tərəfindən döyülən şagirdin videosu sosial şəbəkələrdfə yayılıb. Noyabr ayında baş verən hadisəni sinifdə olan şagirdlərdən biri çəkib.

Döyülən şagirdin dayısı Rövşən Heydərovun sözlərinə görə , şagirdin ailəsi 4 aydır ki, Rusiyadadır və o, uşağın dəcəl oldugunu etiraf edib. Vurulan şagird Etibar Əkbərovda hadisədə günahın şagirdlərdə olduğunu və müəllimi əsəbiləşdirdiklərini bildirib.

Nizami adına 1 saylı məktəbin direktoru Teymur Heydərov məsələ ilə bağlı bildirildi ki,şagirdə vuran müəllim Namiq Qəhrəmanovun psixoloji problemi yoxdur.Sadəcə əsəbələrini cilovalaya bilmədiyi üçün belə bir davranış nümayiş etdirib. Direktorun sözlərinə görə, həmin hadisədən sonra müəllimə şiddətli töhmət verilib və son xəbərdarlıq edilib.

Astara rayon təhsil şöbəsindən “Xəzər Xəbər”ə bildirldi ki, məktəbin direktoru Teymur Heydərova və həmin müəllim Namiq Qəhrəmanova töhmət verilib.

 

 

Xəbər lenti

Çox oxunanlar