Xəzər Xəbər

VİDEO: Nailə doğuş anına qədər hamilə olduğunu bilməyib - Bakıda qeyri adi hadisə

Veb TV | 20:33 • 16 Yanvar 2017
VİDEO: Nailə doğuş anına qədər hamilə olduğunu bilməyib - Bakıda qeyri adi hadisə

Bakıda qeyri adi hadisə yaşanıb. 39 yaşlı qadın 9 ay boyunca hamiləliyindən xəbərsiz olub. Qadın tamamlilə başqa bir narahatlığından dolayı həkimə müraciət etdikdə isə hamiləliyi üzə çıxıb və dərhal doğuşa qəbul olunub.

Tənginəfəs olduğu üçün həkimə getdi, qucağında uşaqla qayıtdı. Nailə Ramazanova hamilə olduğunu 9 ay sonra bilib. Nəfəs darlığı şikayəti ilə həkimə müraciət etdikdə əsl səbəb ortaya çıxıb və xəstə dərhal keysəriyyə əməliyyatına alınıb. Surpriz uşaq bütün ailənin sevincinə səbəb olub.

Xəstəni əməliyyat edən Natiq Məhərrəmov qeyd edir ki, qadın 9 ay boyunca həkim müayinəsindən keçməsə də bu, hamiləliyin gedişatına mənfi təsir etməyib.

Ana 2 səbəbdən hamiləliyindən bixəbər olub. Belə ki, Nailə xanım daha əvvəl ginekoloji problem yaşadığından problemin davam etdiyini düşünüb. eyni zamanda çəkisi onun hamiləliyini gizlədib.

9 ay müddətində varlığından heçkəsin xəbəri olmasa da hazırda ananın da körpənin də vəziyyəti yaxşıdır.

 

Xəbər lenti

Çox oxunanlar