Xəzər Xəbər

VİDEO: Azərbaycanda universitet fəaliyyətini dayandırdı - Tələbələri köçürüləcək

Veb TV | 20:15 • 16 Yanvar 2017
VİDEO: Azərbaycanda universitet fəaliyyətini dayandırdı - Tələbələri köçürüləcək

Təfəkkür Universitetinin fəaliyyəti dayandırılıb. Bəs universitetdə təhsil alan tələbələrin aqibəti necə olacaq? Təhsil Nazirliyi məsələyə münasibət bildirib.

Təhsil Nazirliyinin İçtimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyir ki, 2016-cı il oktyabr ayının 11-də Təfəkkür universitetinin Təsisçilər Şurasının qərarı ilə universitetin fəaliyyətində maliyə problemləri ilə yaranan vəziyyətə görə nazirliyə universitetin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət olunub.

Bununla yanaşı universitetin 2016-cı il də akkreditasiyadan keçməməsi,eləcədə 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmamasını nəzərə alaraq Təhsil naziri müvafiq əmr imzalayıb. Əmrə əsasən universitetdə oxuyan tələbələrin hüquqlarını qorumaq məqsədilə işçi qurupu yaradılıb.

Hazırda təfəkkül universitetində 750 tələbə təhsil alır. Onlardan 124 nəfəri müvafiq ixtisaslar üzrə təhsilini bu il başa vuracaqlar. Bu tələblər yay imtahanına qədər təfəkkür universitetində təhslini davam etdirəcəklər. Təhsil Nazirliyinin rəsmisi tələblərin hansı universitetlərə köçürülməsi məsələsinədə aydınlıq gətirib.

Təfəkkür universitetindən isə bildirilir ki, Təhsil Nazirliyindən universitetin bağlanması ilə bağlı onlara hər hansısa rəsmi bildiriş gəlmiyib və bununla bağlı nazirliyədə müraciət olunmayıb.

Universitetinin tədris idarəsinin rəisi İlham Musayev deyir ki,tələbələrə dərsələrinə davam etdirmək tapşırılıb.

Xəbər lenti

Çox oxunanlar