Xəzər Xəbər

VİDEO: "Reina" əməliyyatında polislərdən diqqət çəkən hərəkət

Veb TV | 10:08 • 17 Yanvar 2017
VİDEO: "Reina" əməliyyatında polislərdən diqqət çəkən hərəkət

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində yanvarın 1-ə keçən gecə terror aktı törətməkdə şübhəli bilinən şəxs İstanbulda yaxalanıb.

Xezerxeber.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, yatağın altına girən terrorçu qarşıdurma olmadan canlı olaraq ələ keçirilib. "Əbu Məhəmməd Xorasani" kod adlı Abdulkadir Maşaripov  əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda yaxalanıb. Onunla birlikdə biri kişi olmaqla daha 5 nəfər tutulub. Terrorçu tutulduqdan sonra polislərin bir-birini qucaqlamaları diqqət çəkib.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna etdiyi hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb. 

 

 

Xəbər lenti