Xəzər Xəbər

VİDEO: "Reina" terrorunu törədənin yaxalandığı evdən İLK GÖRÜNTÜLƏR

Veb TV | 12:01 • 17 Yanvar 2017
VİDEO: "Reina" terrorunu törədənin yaxalandığı evdən İLK GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində yanvarın 1-ə keçən gecə terror aktı törətməkdə şübhəli bilinən şəxs İstanbulda yaxalanıb.

Xezerxeber.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, yatağın altına girən terrorçu qarşıdurma olmadan canlı olaraq ələ keçirilib. "Əbu Məhəmməd Xorasani" kod adlı Abdulkadir Maşaripov  əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda yaxalanıb. Onunla birlikdə biri kişi olmaqla daha 5 nəfər tutulub. Bu arada həmin terrorçunun qaldığı evin görüntüləri yayılıb. Terrorçunun gizləndiyi evdə diqqət çəkən məqamlar var. 

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna etdiyi hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb. 

Xəbər lenti