Xəzər Xəbər

VİDEO: Çindən yeni qərar - uşaqların elektroşokla müalicəsi yasaqlandı

Veb TV | 13:07 • 17 Yanvar 2017
VİDEO: Çindən yeni qərar - uşaqların elektroşokla müalicəsi yasaqlandı

Çin hökuməti  tibbi müəssisələrdə internet aludəçisi olan uşaqların elektroşokla  müalicəsini qadağan edən qanun layihəsi hazırlayıb. Bu barədə The New York Times xəbər yayıb.

 

Bu layihənin harılanmasına səbəb isə ötən ilin sentyabr ayında baş verən vaciə olub. Belə ki, klinikaların birində  müalicə alan qızı  çəkdiyi iztirablara görə anasını qətlə yetirmişdi.

 

Elektroşok və digər  fiziki cəza üsullarını qadağan edən  sənəd  Çinin tibbi  mütəxəssisləri tərəfindən  dəstəklə qarşılanıb. Maraqlıdır ki, Pekində bir çox valideynlər  elektroşokla müalicəni zərərsiz adlandırırlar. Lakin Narkoloji klinikanın rəhbəri Tao Rana bunun əksini deyir. Onun sözlərinə görə, dəfələrlə bu cür müalicə alan uşaqların  ciddi psixi travma əlamətləri ilə evlərinə qayıtdığının şahidi olub.

 

- Onlar danışmır, insanlarla görüşməkdən qorxur və evdən çıxmaqdan imtina edirdilər. Bəziləri isə eləcə «xəstəxana» və «həkim» sözündən panikaya düşürdülər, Ran bəyan edib.

 

Qeyd edək ki, 2009-cu ildən  Çin Səhiyyə Nazirliyi  internet aludəçisi olan  yeniyetmələrin  elektroşok terapiyası ilə  müalicəsinə qarşı çıxmasına baxmayaraq, praktika bu günə kimi davm edirdi. Ümumilikdə  elektroşokdan  6000-dən çox «internet aludəçisi» zərər çəkib./faktxəbər

 

 

Xəbər lenti

Çox oxunanlar