Xəzər Xəbər

VİDEO: Rekord qıran “Rəcəb İvedik 5" Bakıya gələcəkmi?

Veb TV | 13:47 • 17 Yanvar 2017
VİDEO: Rekord qıran “Rəcəb İvedik 5" Bakıya gələcəkmi?

Məsələ ilə bağlı Nizami Kino Mərkəzinin mətbuat xidməti Arzu Əhədova ilə əlaqə saxlaydıq. A.Əhədova bildirib ki, “Rəcəb İvedik” filminin əvvəlki bölümləri Azərbaycanda hər zaman maraqla qaşılanıb, lakin heç vaxt təqdimat mərasimləri olmayıb:

“Rəcəb İvedik 5” filminin Azərbaycanda da qala gecəsinin keçirilməsi ilə bağlı söhbətlər davam edir. Lakin hələ ki dəqiq məlumat yoxdur. Şahan Gökbakarın Bakıya gəlib-gəlməyəcəyi yəqin ki, fevral ayının ortalarında məlum olacaq”.

Sözügedən komediya filmində baş rolu canlandıran Şahan Gökbakar isə Bakıya gələcəyi ilə bağlı məlumat verib: "Azərbaycandakı sevənlərimizə qovuşmağa can atıram! Hamınızı sevirəm!".

Aktyor boks səhnələri ilə bağlı bunları da qeyd edib: "Biz kədərləndirmək üçün deyil güldürmək üçün varıq. Bizdən qardaş ölkəmizə yanlış olmaz! Boks səhnələri müzakirəyə səbəb olduğu üçün o hissəni tam şəkildə təqdim etməyə qərar verdik. Rəcəb İvediğin ağzından nə çıxıb ki?"

Xatırladaq ki, “Rəcəb İvedik 5” filminin qala gecəsi Türkiyədəki qala gecəsi fevralın 17-də baş tutacaq./Publika.az

Xəbər lenti

Çox oxunanlar