Xəzər Xəbər

VİDEO: Akademik Roald Saqdeyev Memarlıq və İnşaat Universitetində olub

Veb TV | 16:34 • 17 Yanvar 2017
VİDEO: Akademik Roald Saqdeyev Memarlıq və İnşaat Universitetində olub

Uzun illər SSRİ Kosmik Tədqiqatlar İnstitutuna rəhbərlik etmiş, indi isə Birləşmiş Ştatların Merilend Universitetində Şərq-Qərb Kosmik Elmi Mərkəzinə rəhbərlik edən tanınmış akademik Roald Saqdeyev Memarlıq və İnşaat Universitetinin pedaqoji kollektivi ilə görüşüb.

Xezerxeber.az məlumat verir ki, tanınmış alimin Azərbaycan kosmik proqramının inkişafına verdiyi töhfələrdən danışan universitetin rektoru Gülçöhrə Məmmədova akademikin fikirlərinin təhsil ocağı nümayəndələri üçün çox dəyərli olduğunu bildirib. Universitetin rektoru qonağın elmi fəaliyyəti haqqında da danışaraq Roald Saqdeyevin elm sahəsinə gətirdiyi və hazirda istifadə edilən innovasiyalar haqqında da məlumat verib.

Roald Saqdeyev isə öz növbəsində universitetdə olmaqdan məmnun olduğunu və bu görüşlə Azərbaycan təhsil sistemi ilə yaxından tanış olmaq imkani əldə etdiyini vurğulayıb. Tanınmış alim Azərbaycanın kosmik sahədə atdığı addımların önəminə də toxunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

Xəbər lenti

Çox oxunanlar