Xəzər Xəbər

VİDEO: Prezidentin Davosda işgüzar görüşləri davam edir

Veb TV | 19:58 • 17 Yanvar 2017
VİDEO: Prezidentin Davosda işgüzar görüşləri davam edir

Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrədə səfərdə olan prezident İlham Əliyev bu gün daha bir neçə iki tərəfli görüşlər keçirib. Dövlət başçısı Norveçin xarici işlər naziri habelə nüfuzlu beynəlxalq şirkətlərin rəhbərləri ilə müzakirələr aparıb.

Prezident İlham Əliyev Davosda "Procter and Gamble Europe" şirkətinin prezidenti Geri Edrü Kumbe ilə görüşüb. Görüşdə son vaxtlar Azərbaycanda gedən inkişaf proseslərinin ölkəmizə sərmayə cəlb olunmasına və turist axınına geniş imkanlar yaratdığı bildirilib. "Procter and Gamble Europe" şirkətinin Azərbaycan ilə yaxşı əlaqələri olduğu vurğulanıb və bu şirkətin ölkəmizlə əməkdaşlığın genişləndirilməsi baxımından bir sıra layihələrinin nəzərdə tutulduğu qeyd edilib.

Dövlət başçısı Norveç Krallığının xarici işlər naziri Borge Brende ilə də görüşüb. Görüşdə Azərbaycan ilə Norveç arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib. Norveçin bir sıra şirkətləri, xüsusilə Statoil şirkəti ilə Azərbaycan arasında yaxşı əməkdaşlığın həyata keçirildiyi bildirilib

Daha sonra prezident İlham Əliyev "Suez Group" şirkətinin baş icraçı direktoru Jan Lui Şasod ilə də görüşüb. Görüşdə Azərbaycan ilə Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib. Fransa şirkətlərinin Azərbaycanda böyük layihələr həyata keçirdiyi, "Suez Group" şirkətinin də bu layihələrdə yaxından iştirak etdiyi və bir çox layihələrin uğurla icra olunduğu vurğulanıb.

Xəbər lenti

Çox oxunanlar